AZ

Regionda proseslərin məcrası dəyişir - Sülh müqaviləsinə kimlər mane olurdu? (VİDEOMÜSAHİBƏ)

Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin böyük əksəriyyəti həyata keçirilib, sərhəd dirəkləri quraşdırılıb. Bu, onu deməyə əsas verir ki, iki ölkə arasında birbaşa aparılan danışıqlar daha səmərəli nəticələr verir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, artıq Ermənistan tərəfi anlamaqdadır ki, regionda Azərbaycanla sülh şəraitində yaşamaqdan, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan, Azərbaycanla qarşılıqlı münasibətləri inkişaf etdirməkdən başqa bir yol yoxdur.

"Artıq hiss edilir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə vasitəçilərə ehtiyac yoxdur. Birbaşa təmasların yaranması imkan verir ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında ciddi addımlar atılsın", - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
4
olaylar.az

5Mənbələr