AZ

"Apple" ilk "iPhone Slim"i buraxmağa hazırlaşır

Ən son şayiələrə görə, "Apple" gələn il bazara çıxacaq "iPhone 17" seriyası ilə smartfonlarının dizaynını və texniki xüsusiyyətlərini əhəmiyyətli dərəcədə təkmilləşdirməyi planlaşdırır. Şirkətin "Plus" modelini yeni "iPhone 17 Slim" ilə əvəz edəcəyi bildirilir. 

Valyuta.az xəbər verir ki, bu barədə "9to5Mac" məlumat yayıb.

"Haitong International Securities" şirkətinin analitiki Ceff Punun sözlərinə görə, bütün "iPhone 17" modellərində təkmilləşdirilmiş ön kamera, həmçinin "iPhone 17 Pro Max" üçün daha kiçik "Dinamik Ada" olacaq. O, həmçinin bildirib ki, "Apple" "Face ID" sensorunun ölçüsünü azaltmaq üçün yaxınlıq sensoru üçün ən son metallens texnologiyasından istifadə edə bilər.

Bu şayiələrə görə, "iPhone 17" sırasına dörd model daxil olacaq: "iPhone 17" (6,1 düymlük ekran), "iPhone 17 Slim" (6,6 düymlük ekran), "iPhone 17 Pro" (6,3 düymlük ekran), "iPhone 17 Pro Max" (6,9- düym ekran).

Pu həmçinin "iPhone 17", "iPhone 17 Slim" və "iPhone 17 Pro"nun daha mürəkkəb alüminium korpusa sahib olacağını, "iPhone 17 Pro Max"ın isə titan dizaynını qoruyacağını açıqlayıb.

Performans və spesifikasiyalar baxımından "iPhone 17" və "iPhone 17 Slim" 8 GB RAM və A18 və ya A19 çipi ilə, "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" isə 12 GB RAM və A19 ilə təchiz ediləcək. 

Nəhayət, dörd "iPhone 17" modelinin hamısında 24 meqapiksellik ön kamera olacaq ki, bu da "Apple" tərəfindən istifadə edilən hazırkı 12 meqapikseldən əhəmiyyətli dərəcədə irəliləyişdir. Bu məlumatı məşhur analitik Minq-Şi Kuo da təsdiqləyir.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
valyuta.az

5Mənbələr