AZ

Bizdən xahiş edirlər ki, türk ordusunun bənzərini yaradaq - Yaşar Gülər

Dost ölkələr Ankaradan Türkiyə ordusuna bənzər silahlı qüvvələrin yaradılmasına yardım etməyi xahiş edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Baş Qərargah rəisi və hərbi hissələrin komandirlərinin iştirakı ilə keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin strukturuna bənzər silahlı qüvvələrin formalaşdırılmasına səy göstərilməsinin özü müasir Türkiyənin nüfuzunun və uğurlarının göstəricisidir.

“Bu gün Ankara həm müttəfiq dövlətlərlə birgə strategiyaların işlənib hazırlanmasına, həm də ailəsinin bir hissəsi olduğu türk dövlətlərinin gücünü tam şəkildə ortaya qoymağa çalışır”, - nazir vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3
bakivaxti.az

5Mənbələr