AZ

"Real Madrid"lə müqavilə imzalamaq başıma gələn ən yaxşı şey idi"

"Real Madrid"in yarımmüdafiəçisi Cude Bellinqhem Madrid klubuna keçdiyi barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu "kral" klubunun rəhbərliyinə ona olan marağa görə təşəkkür etdiyini bildirib.

“Real Madrid" xüsusi klubdur. Bu klubla müqavilə imzalamaq mənim başıma gələn ən yaxşı şeydir. Bu, 2023-cü ildə həyatımdakı əsas hadisədir.

"Real Madrid"in mənə olan marağına görə təşəkkür etməliyəm. Burada çoxlu istedadlı oyunçular var və mən fəxr edirəm ki, onlar mənim komandaya uyğunlaşmaq üçün düzgün keyfiyyətlərə və xarakterə malik olduğumu düşünürdülər. “Real Madrid” mənə zəng edib növbəti bir neçə il üçün plan və layihə barədə danışanda məni inandırdılar. Bu barədə düşünməyə belə ehtiyacım yox idi”, - deyə Bellinqhem X sosial şəbəkəsində (keçmiş Twitter) bildirib.

Bellinqhem 2023-cü ilin iyulunda Dortmund "Borussiyası"ndan “Real Madrid"ə keçib. Transfer məbləği 103 milyon avro olub. Transfermarkt 20 yaşlı futbolçunu 180 milyon avro dəyərində qiymətləndirir.

Bu mövsüm Bellinqhem bütün turnirlərdə 38 oyun keçirib, 22 qol vurub və 10 məhsuldar ötürmə edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
4
90deqiqe.az

5Mənbələr