AZ

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Rəsmilər Hidayə qasırğasının yaxınlaşması ilə bağlı xəbərdarlıq edərək, qasırğanın sahilyanı bölgə üçün təhlükə yaratdığını qeyd ediblər. Qarşıdakı günlərdə güclü yağış və güclü küləyin güclənəcəyini bildirən səlahiyyətlilər vətəndaşları diqqətli olmağa və təxliyyə işlərini sürətləndirməyə çağırıb.

164 nəfərin yaralandığını, 72 nəfərin itkin düşdüyünü, 212 min 630 nəfərin sel və daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
2
operativmm.az

3Mənbələr