AZ

Ərdoğan HƏMAS lideri ilə Qəzzada münaqişə və zorakılığa son qoymaq səylərini MÜZAKİRƏ EDİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyə arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğanın rəsmi “X” hesabında məlumat verilib.

“Nazirlər Kabinetinin iclasından əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığımız olub. Danışıqlar zamanı biz Qəzzada münaqişə və zorakılığa son qoymaq səylərini müzakirə etdik. Vasitəçilərdən alınan atəşkəs təklifini Həmas-ın bəyənməsini qiymətləndirdik. Danışıqlar zamanı HƏMAS-ın Türkiyənin təkliflərini nəzərə alaraq qəbul etdiyi qərarı müsbət qarşıladığımız bildirdim və İsrailin də daimi atəşkəs üçün addımlar atmalı olduğunu vurğuladım”, - deyə Türkiyə lideri qeyd edib.
 

 


Bizm.Media

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
bizim.media

3Mənbələr