AZ

Yapı Kredi Bank Azərbaycan QSC “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 18 kq-a yaxın batareya təhvil verdi

®“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” fondunun birgə təşkilatçılığı ilə keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru”  layihəsinə  Yapı Kredi Bank Azərbaycan da qoşulub və işlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək üçün Yapı Kredi Bank Azərbaycan baş ofis və filiallardan topladığı təhlükəli tullantı kateqoriyasına daxil olan 18 kq-a yaxın çəkidə işlənmiş batareyaları müvafiq qurumun əməkdaşlarına təhvil vermişdir.

Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükədir. İstifadə müddəti bitmiş batareyalar ümumi tullantılarla qarışdıqda təbiətdə hava, su və torpaqla reaksiyaya girərək erroziyaya uğrayır, üst örtüyü məhv edir. Nəticədə, tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir.

Bu səbəbdən də “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir.

Yapı Kredi Bank Azərbaycan ISO 14001:2015 sertifikatına sahib olan ilk bank kimi, ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, iqlim dəyişikliyi ilə mübarizədə daha aktiv rol oynamaq və ətraf mühiti qorumaq məqsədilə tədbirlər görməkdədir. Bu, bankın əsas məqsədləri arasında yer alır və ətraf mühitə olan təsirini minimum səviyyəyə endirmək üçün ciddi addımlar atılmasını nəzərə alır. Həmçinin, bankımız dayanıqlı və sosial məsuliyyətli biznesləri bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal (UN Global Compact)  Sazişinə də qoşulub.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
38
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22823
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14375
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12863
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11306
Helikopterin qalıqları tapılıb
8621
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7910
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6878
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6642
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5120
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4384
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3725
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3039
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2771
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1596
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1341
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1324