AZ

Heydər Əliyev Fondunun yaradılma məqsədi...

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin mühüm aspektlərindən biri də həyata keçirilən layihələrin tarixi-ideoloji və siyasi məzmunu ilə bağlıdır. XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olan Xocalı faciəsinin, Ermənistanın ölkəmizə vurduğu ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərər fondun daim diqqət mərkəzində saxladığı mövzulardır.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də fond fəal iştirak edir: "Ötən müddət ərzində fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhərağa məscidi, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib. Aşağı Gövhərağa məscidi, Mamayı məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidi, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası istiqamətində işlər davam etdirilir.

Heydər Əliyev Fondu görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin zəngin irsinin, milli dövlətçilik ideyalarının təşviqi, gələcək nəsillərə çatdırılması, xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrinin təbliği, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə yaradılıb. Fondun çoxşaxəli fəaliyyətini ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə dərin ehtiramın ifadəsi kimi bir neçə mühüm aspektdən qiymətləndirmək mümkündür”.

O əlavə edib ki, sosial-humanitar aspekt təhsil, səhiyyə, ekologiya, idman və ehtiyacı olan insanlara qayğı kimi cəmiyyət həyatının çox vacib, fundamental istiqamətlərini əhatə edir:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
16
publika.az

10Mənbələr