AZ

“Araz-Naxçıvan”dan qızıl dubl

Bu gün futzal Azərbaycan kubokunun final oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, mövsümün son matçında ölkə çempionu “Araz-Naxçıvan”la cari mövsümün gümüş medalçısı, Azərbaycan kubokunun ötən mövsümkü qalibi “Baku Fire” üz-üzə gəlib. Qalib penaltilər seriyasında müəyyənləşdi. Bu dəfə “Araz-Naxçıvan”ın oyunçuları dəqiq oynadılar və mövsümü “qızıl dubl”la başa vurdular.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. Komandalara mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təqdim etdi. Xəzər Ağalızadə (“Araz-Naxçıvan”) final matçının ən yaxşısı seçildi.

Araz-Naxçıvan – Baku Fire 5:5 pen. 5:4
Qollar: Amadeu, 3:20, Andre Junior, 6:43, Kamran Hacıyev, 11:35 (ö/q), Xəzər Ağalızadə, 29:00, Lukas Romao, 33:29 - Kənan Manafov, 10:25, Tofiq Mikayılov, 13:56, İaqo Henrique, 19:09, Oktay Rüstəmli, 20:15, Elvin Quliyev, 23:23.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
football-plus.az

3Mənbələr