AZ

"Veysəloğlu MMC" işçilər axtarır - VAKANSİYALAR

Veysəloğlu MMC

Ticari Marketinq üzrə Menecer
 

Son tarix 06 iyn 2024 [email protected]

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək 

Vəzifə funksiyaları: 
Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək
Azərbaycan bazarına yönəlmiş məhsul kateqoriyalarında və bazarda formalaşan yeni məhsul kateqoriyalarında müəyyən edilmiş biznes məqsədlərinə nail olmaq üçün Ticari Marketinq Strategiyasının inkişafı üçün planlamada iştirak etmək
Ərazi ziyarətləri- POS (satış nöqtəsi) üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, cari promosyonların və stok səviyyəsinin monitorinqi
Stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar və ya promosyonlar üzrə ticari planlamalar hazirlayib satış komandasina təklif etmək,
KA və ənənəvi ticarət kanalı müştəriləri üçün hər bir brend menecerlə (planoqram, tanıtım, ticarət, kommunikasiya) kommunikasiyani təşkil etməklə kateqoriyanı  idarə etmək
BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət və hədəflərin təyin edilməsi,dadım aksiyaları, tanitim tipli hədiyyəli aktivliklər və s. planlanması və icrasina nəzarət)
Ticari təkliflərin və  istehlakçı təkliflərinin proqnozlaşdırılması və razılaşdırılmış dövrü planlaşdırma təqviminə uyğun olaraq tələbin planlaşdırma komandasına ötürülməsi
Ticari aktivliklər üzrə təxmini satışlara nail olmaq üçün satış meneceri ilə mütəmadi əlaqə saxlamaq
Vəzifə tələbləri:
Ali təhsil 
Satışda 7il və daha çox iş təcrübəsi
Ticari marketing üzrə təcrübə
Azərbaycan və ingilis dillərində sərbəst bilmək;
Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
Kommunikasiya və təqdimetmə bacarığı;
Microsoft Office proqramlarını bilmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:
İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
Nahar ilə təmin edilmə
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari Marketinq üzrə Menecer” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

 

Satış Müdiri
 Son tarix 06 iyn 2024  [email protected]

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək 

Vəzifə funksiyaları: 
Supermarketlər şəbəkələri üzrə inkişaf strategiyasının hazırlanması
Şəbəkələr üzrə fabrik və kateqoriyaların planlarının hazırlanması və təqibi
Şəbəkə Supermarketləri üzrə aidiyyatı kateqoriyalar üzrə görüşlərin təşkil olunması
Listing və delisting prosesslərinin aparılması
Şəbəkə supermarketlər üzrə aktivliklərin razılaşdırılması
Satış nöqtələrinin yeni kampaniyalar, aksiyalar barədə məlumatlandırılmasını yoxlamaq
Şirkətin keyfiyyət siyasətinə əməl edərək, müştərilərin istəkləri, şikayətləri və qiymət dəyişiklikləri barəsindəki tələbləri haqqında funksional rəhbərini məlumatlandırmaq
Rəqib şirkətlər haqqında zamanında və dolğun məlumat toplamaq
Şirkətdaxili qayda, prosedur və təlimatlara riayət etmək
Şirkət tərəfindən müəyyən edilmiş plana əsasən məhsulların satışını təmin etmək
Vəzifə tələbləri:
Ali təhsil 
Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi
Azərbaycan və ingilis dillərində sərbəst bilmək;
Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
Kommunikasiya və təqdimetmə bacarığı;
Microsoft Office proqramlarını bilmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:
Servis xidməti
Nahar ilə təmin edilmə
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satış Müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
oxu24.com

3Mənbələr