AZ

Nasist düşərgəsində əsir olmuş azərbaycanlılara xatirə lövhəsi açılıb –FOTO

Mayın 7-də Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb.

Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib.

Xatırladaq ki, 1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək, burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
7
azpost.info

2Mənbələr