AZ

ABŞ-da tornado kabusu! Yük anbarı çökdü: 50 nəfər içəridə qaldı

ABŞ-da dünən axşam saatlarında Miçiqan ştatını vuran tufan və tornado dağıntılara səbəb olub. 

Olaylar-ın məlumatına görə, Portage şəhərində FedEx karqo şirkətinə məxsus anbarın damı və bir hissəsi uçub. 

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada anbarın çökməsi nəticəsində 50 nəfərin qapalı qaldığı, qrupların axtarış-xilasetmə əməliyyatına başladığı qeyd edilib. 

Elektrik naqilləri və dağıntılar səbəbindən qrupların sıxışanlara çatmasının çətin olduğu bildirilib. 

Minlərlə insana fırtına xəbərdarlığının edildiyi bölgədə 32 mindən çox insanın işıqsız qaldığı açıqlanıb. (Manset.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
olaylar.az

2Mənbələr