AZ

Gəncədə pərakəndə ticarət dövriyyəsinin göstəriciləri - AÇIQLANIB - RƏQƏMLƏR

2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 373,1 milyon manatlıq satılıb.

FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bununla yanaşı, istehlakçılara 199,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 173,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 9,1 faiz artıb, qeyri-ərzaq malları üzrə isə 8,1 faiz azalıb

2024-cü ilin yanvar-mart aylarında istehlak mallarının dəyər ifadəsində 19,3 faizi ticarət müəssisələri, 19,2 faizi bazar və yarmarkalarda, 61,5 faizi isə fərdi sahibkarlar tərəfindən satılıb.

2023-cü ilin yanvar–mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3 faiz,  bazar və yarmarkalar üzrə 26,9 faiz azalıb, fərdi sahibkarlar üzrə isə 24,7 faiz artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
fed.az

3Mənbələr