Ali Rada (Ukrayna parlamenti) məhkumların səfərbər edilməsinə icazə verən qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Bu barədə deputat Yaroslav Jeleznyak bildirib.
"Məhkumların səfərbər edilməsi haqqında qanun layihəsi ikinci oxunuşdan keçdi", - o Teleqram-da yazıb.
Jeleznyak əlavə edib ki, 279 parlament üzvü sənədin lehinə səs verib.