AZ

PSJ - "Borussiya" oyununu idarə edən baş hakim niyə ağlayıb?

Çempionlar Liqasının 1/2 final mərhələsinin PSJ - "Borussiya Dortmund" matçını idarə edən italiyalı referi Daniele Orsato matç bitdikdən sonra göz yaşlarını saxlaya bilməyib.

Publika.az xəbər verir ki, buna səbəb sözügedən oyunun Avropanın ən nüfuzlu klub turnirində idarə etdiyi sonuncu qarşılaşma olmasıdır. Orsato bu görüşlə ÇL-dəki işini başa vurub. O, finat fitindən dərhal sonra kövrəlib və ağlamağa başlayıb.

48 yaşlı referi Avro-2024-də də ədaləti qoruyacaq. Orsato bundan sonra peşəkar hakimlik karyerasını bitirəcək.

Qeyd edək ki, Daniele karyerası ərzində ümumilikdə 602 oyun idarə edib. Bunlardan 64-ü UEFA Çempionlar Liqasına təsadüf edib.

Heybət

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
1
publika.az

10Mənbələr