AZ

Azərbaycanın iqlim dəyişikliyi üzrə İki-illik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək məqsədilə təlim keçirilib

Bakı. Trend:

Azərbaycanın COP29 sədrliyi çərçivəsində 6-7 may 2024-cü iltarixlərində Bakı şəhərində BMT-nin iqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (UNFCCC) ekspertləri tərəfindən Paris sazişinəuyğun olaraq Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsaskomponenti olan İki-illik Şəffaflıq Hesabatının (BTR)hazırlanmasına dəstək məqsədilə aidiyyəti dövlət qurumlarınıniştirakı ilə təlim keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlərnazirinin müavini, COP29 Baş danışıqçısı Yalçın Rəfiyev tədbirinaçılış mərasimində çıxış edərək, tərəf dövlətlərin, o cümlədənAzərbaycanın BTR-ları təqdim etməsinin COP29 sədrliyinin prioritetistiqamətlərindən biri olduğunu vurğulamışdır. Bununla əlaqədar o,ölkəmizin müvafiq dövlət qurumlarını qısa zamanda AzərbaycanınBTR-nın hazırlanmasına töhfə verməyə çağırıb.

İki günlük təlim zamanı UNFCCC katibliyinin nümayəndələri ETF-inəsas elementləri, bu sahədə modallıqlar, prosedurlar və təlimatlar,eləcə də BTR-ların hazırlanması prosesində yeni elektron proqramtəminatından istifadə ilə bağlı iştirakçılara məlumat veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
23
az.trend.az

10Mənbələr