Azərbaycanda 4 mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göstərir.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda deyib.
Baş nazir bildirib ki, Azərbaycanda cəlbedici investisiya mühiti var və xarici investorların maraqları, buraya qoyulan vəsait dövlət tərəfindən qorunur:
"Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları sərmaye qoyulub, bunun 200 milyard ABŞ dolları qyeri-neft sektronun payına düşür. Bu, Azərbaycanda olan münbit sərmaye iqlimin nəticəsidir. Türkiyə şirkətləri də bundan istifadə edir. Belə ki, Azərbaycanda 4 mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göstərir".
O deyib ki, hazırda Azərbaycanın işğaldan azad edilən ərazilərində Türkiyə şirkətləri də yaxından iştirak edir: