AZ

Azərbaycanla Türkiyə arasında 120 maddəlik fəaliyyət planı qəbul edilib

Bu gün Ankara şəhərində Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında 120 maddəlik fəaliyyət planı qəbul edilib.

Publika.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Ankarada Türkiyə Palatalar və Birjalar Birliyində (TOBB) keçirilən Biznes Forumunda çıxış edərkən bildirib.

O, qeyd edib ki, bu fəaliyyət planlarının Azərbaycanla Türkiyənin iş adamları arasında əməkdaşlığı, ticarəti genişləndirəcəyinə ümid edir:

“Ölkələrimiz arasındakı ticarəti asanlaşdırmaqdan ötrü gömrük və logistika fəaliyyətlərini sadələşdirmək üçün razılıq əldə etdik. Sadələşdirlimiş gömrük əlaqələri üçün ən qısa zamanda çalışmalar planlaşdırdıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
11
publika.az

10Mənbələr