AZ

Putinlə Paşinyan razılaşdı: rus sərhədçilər Ermənistanı tərk edir

Tarix: 9 May 2024 06:48

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanını, eyni zamanda bu ölkənin Qərbi Zəngəzur, Dərələyəz, Göyçə, Ararat, Tavuşdakı məntəqələri tərk etməsi razılaşdırılıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Baqramyan" Teleqram kanalı məlumat yayıb.
Qeyd edək ki, ötən gün Paşinyanla Putin Aİİ sammitindən sonra təkbətək görüş keçiriblər.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
5
sonxeber.net

6Mənbələr