AZ

Pentaqon: Çin qitələrarası raketlər hazırlayır

Görünür, Çin ABŞ-nin istənilən nöqtəsinə çata bilən nüvə olmayan qitələrarası raket sistemləri inkişaf etdirilməsi ilə məşğuldur.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimal komandanlığının generalı Qreqori Giyo deyib.

"Müdafiə Nazirliyinin Çinin hərbi tərtibatı ilə bağlı Konqresə təqdim etdiyi illik hesabatda deyilir ki, Çin böyük ehtimalla qeyri-nüvə təchizatlı qitələrarası raket sistemlərinin yaradılması üzərində işləyir ki, bu silahlar Pekinə Alyaska və kontinental ABŞ-dəki hədəflərə nüvə həddini keçmədən zərbə endirməyə imkan verəcək. Bu cür sistemlər, əgər işlək olarsa, gələn raketi müəyyən etmək qabiliyyətimizi çətinləşdirərək və müvafiq cavab tədbirləri ilə bağlı qərar qəbuletmə prosesini mürəkkəbləşdirərək strateji sabitliyi daha da sarsıdacaq", - general qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
6
Mənbələr
Şərh ()
Bağla