AZ

Dünyanın ən varlı və yoxsul ölkələrinin YENİ SİYAHISI

“Global Finance” agentliyi dünyanın ən varlı və yoxsul ölkələrinin reytinqini açıqlayıb.

Publika.az xəbər verir ki, reytinq cədvəli adambaşına düşən ÜDM-nin həcminə görə tərtib olunub.

Agentliyin saytında yerləşdirilən reytinq cədvəlində dünyanın ən varlı ölkələri siyahısına Lüksemburq başçılıq edir. Bu ölkədə adambaşına düşən ÜDM-nin həcmi 143 383 dollardır.

İlk onluqda sonrakı yerləri Makao, Qətər, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Norveç, San Marino və ABŞ tutur.

Reytinq cədvəlində dünyanın ən kasıb ölkəsi Cənubi Sudan olub. Burada adambaşına düşən ÜDM-nin həcmi 455 dollardır.

Burundi ən yoxsul ölkələr arasında ikinci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
9
publika.az

10Mənbələr