AZ

"Qəbələ"nin yeniyetmə futbolçularının Gəncədə döyülməsinə DİN-dən REAKSİYA - YENİLƏNİB + FOTO

"Qəbələ"nin yeniyetmə futbolçularının Gəncədə döyülməsinə DİN-dən REAKSİYA - YENİLƏNİB + FOTO

Futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçında baş verən hadisə Gəncə Şəhər Baş Polis İdarəsində araşdırılır.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

"Gəncə şəhərində yetkinlik yaşına çatmayan şəxslər arasında keçirilən futbol oyunu zamanı baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Tezliklə məsələ öz hüquqi qiymətini alacaq və bu barədə əlavə məlumat veriləcək", - deyə DİN rəsmisi söyləyib.

Xatırladaq ki, Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçının final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər. Oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum edib. İnsident zamanı "Qəbələ"nin iki futbolçusu xəsarət alıb.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

08:01
Bu gün futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçında xoşagəlməz hadisə baş verib.

"Qafqazinfo"nun məlumatına görə, Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər.

İnsidentə səbəb isə matç zamanı "Qəbələ" futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum edib. İnsident zamanı "Qəbələ"nin futbolçularından Ş.R və Ə.G ciddi xəsarət alıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
5
sonxeber.az

10Mənbələr