AZ

Baydendən ŞOK İraq açıqlaması: "yanılmışdıq..."

Image

ABŞ Prezidenti Cozef Bayden CNN-ə müsahibəsində bəyan edib ki, ABŞ İraqın nüvə silahına malik olduğunu iddia etməklə yanılıb. “Fikrimcə, İraqın nüvə silahına malik olduğunu düşünmək mənasız idi”, – Amerika lideri söyləyib.
Bayden qeyd edib ki, ABŞ bir sıra siyasi xətalara yol verib. İraqla yanaşı, o, birləşdirməyə çalışmağın mənasız olduğu Əfqanıstanı da xatırladıb: “Ben Ladeni tutmağın anlamı var idi, Əfqanıstanı birləşdirməyə çalışmağın isə yox”.

Qeyd edək ki, İraqın kütləvi qırğın silahlarına malik olması şübhəsi onun 2003-cü ildə ABŞ və müttəfiqləri tərəfindən işğalı üçün formal səbəb olmuşdu. Müharibə Səddam Hüseyn rejiminin devrilməsinə və regionda uzunmüddətli sabitliyin pozulmasına gətirib çıxardı. Bununla belə, Yaxın Şərq ölkəsində kütləvi qırğın silahı aşkarlanmamışdı.

Mətləb







Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
1
baki-xeber.com

10Mənbələr