AZ

Bakıda hoteldə zəhərlənərək ölən 26 yaşlı Kənanın GÖRÜNTÜSÜ – VİDEO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

Hoteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.  2 nəfərin – 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin – 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdıma aparılır.

Medianews.az shownews.az-a istinadən xəbər verir ki, faciəli şəkildə ölən gəncin görüntüsünü təqdim edir. Hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verdiyi bildirilir.

Hoteldə zəhərlənən 4 dostdan Kənan və Orxan dünyasını dəyişib. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
14
medianews.az

10Mənbələr