AZ

“Rusiyanın hava hücumundan müdafiə imkanları azalıb” - Aqil Rüstəmzadə

“Bu gün Ukraynanın uzaq mənzilli kamikadze pilotsuz təyyarələri Krasnodar vilayətində iki neft anbarına və Başqırdıstanda neft emalı zavoduna zərbələr endirib. Üstəlik, Ukrayna sərhədlərindən Başqırdıstandakı müəssisəyə qədər olan məsafə təxminən 1400 km-dir”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış hərbi analitik Aqil Rüstəmzadə bikdirib. 

Onun sözlərinə görə, Ukraynanın hücumlarının uğurlu olmasının səbəbi Rusiyanın hava hücumundan müdafiə imkanlarının azalmasıdır.

“Cəbhədəki vəziyyətlə əlaqədar olaraq onu deyim ki, cəbhənin şərq sektorunda rus ordusunun hücumları davam edir. Daha əvvəl artıq hücumun sürətinin ləngiməsi haqqında yazmışdım. İndiyədək rus ordusu Kupyansk istiqamətində irəliləməyə nail olub”, - o qeyd edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
20
azpolitika.info

10Mənbələr