AZ

"İmişli" - "Qaradağ-Lökbatan" matçında insident

style='margin-bottom:10px;'>

Azərbaycan 2-ci liqasında bu gün keçirilən “İmişli” – “Qaradağ Lökbatan” oyununda insident yaşanıb.

QOL.az xəbər verir ki, ilk hissənin sonlarında meydan sahibləri qol vursa da, baş hakim İnqilab Məmmədov əllə oyun olduğunu əsas gətirərək qolu saymayıb.

Vəziyyət bundan sonra gərginləşib. Hakimin qərarına qəzəblənən yerli azarkeşlər meydançaya yad əşyalar atmağa başlayıb. Bundan sonra hakimlər meydançanı tərk etməli olub. Fanatların sakitləşməsindən sonra isə oyun yenidən davam etdirilib. İnsidentlə əlaqədər oyunda 15 dəqiqə fasilə yaranıb.

Qeyd edək ki, turun mərkəzi matçı hesab olunan qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
teleqraf.com

1Mənbələr