AZ

Artıq çəki 7 növ xərçəngə səbəb ola bilir – Qastroenteroloq

Xərçəngin bir neçə növü var ki, onlara yağlı xərçəng deyilr, çünki əsas səbəbi artıq çəkidir.

“Medicina” xəbər verir ki, qastroenteroloq Sergey Vyalov “yağlı xərçəngin” növlərini sadalayıb.
“- Süd vəzi xərçəngi – qadınlarda piylənmə estrogenlərin hasilini və bədəndə toplanmasını artırır ki, bu proses süd vəzi xərçənginin səbəbidir.
- Böyrək xərçəngi – daxili yağlanma bədəndə insulin, kortizol və digər hormonların miqdarını artırır ki, onlar böyrək xərçənginə gətirib çıxarır.
- Uşaqlıq, yumurtalıq xərçəngi – artıq çəkili qadınlarda hiperplaziya çox olur
- Qida borusu və mədə xərçəngi – qida borusunun tonmusu azaldığı üçün.
- Artıq çəki yoğun bağırsaq, öd kisəsi, mədəaltı vəzin də şişlərinə səbəb ola bilər.

Artıq çəki ilə yanaşı bu əlamətlər varsa, şübhələnin:
- Zəiflik, yorğunluq, dincəlmədən sonra da keçmir
- Yesəniz də arıqlama, iştahsızlıq
- Sidik və nəcisdə dəyişiklik
- Qarın və müxtəlif nahiyədə ağrılar
- Nəcisdə, sidikdə qan”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
2
turanpress.com

3Mənbələr