AZ

YAP Sabunçu rayon təşkilatı Ulu Öndərlə bağlı tədbir keçirdi - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 4 ərazi partiya təşkilatında tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. Qeyd olunub ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisini həyat amalına çevirib, müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərir.

Milli Məclisin deputatı Əliabbas Salahzadə qeyd edib ki,  Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olub. Məhz, Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib.

Ərazi partiya təşkilatının sədri Mətləb Hüsyenov bildirib ki, Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu, bütün sahələrdə uğurlu inkişafını təmin etdi, gələcəyi üçün möhkəm təməl yaratdı.

Tədbir daha sonra bədii hissə ilə davam edib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
50
Mənbələr
Şərh ()
Bağla