AZ

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Bakı. Trend:

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dənartıq ölkəyə ixrac edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən Trend-ə bildirilib ki,2015-ci ildən 2024-ci ilin I rübünün sonunadək sənaye zonalarında12,7 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da4,1 milyard manatlıq hissəsi ixrac olunub.

Həmçinin cari ilin birinci rübündə sənaye zonalarında 640,3milyon manatlıq satış həyata keçirilib ki, bunun da 223,6 milyonluqhissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarınınqeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6faiz, ixracında isə 28,2 faiz təşkil edib.

2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiyahəcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezidentstatusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimiiş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənayezonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və6500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
256
12
az.trend.az

10Mənbələr