AZ

Dünyanın ən varlı şəhəri: 360 min milyonçusu var

Nyu York 359.500 milyonçu və 60 milyarderlə dünyanın ən zəngin şəhəridir.

Axar.az xəbər verir ki, CNBC nyu-yorkluların sərvətinin hazırda 3 trilyon dolları ötdüyünü və bunun Braziliya, İtaliya və ya Kanadanın ÜDM-ini üstələdiyini yazıb.

San Fransisko və Körfəz bölgəsi ikinci yerdədir - milyonçuların sayı son on ildə 82% artaraq 305.700-ə çatıb. Bu ərazidə 68 milyarder yaşayır.

Ümumilikdə ABŞ dünyanın 50 ən varlı şəhərindən 11-nə sahiblik edir.

Tokio hazırda üçüncü yerdədir - milyonçuların sayı 298 300 nəfərdir.

Sinqapur (244.800 milyonçu ilə) dördüncü yerə yüksəlib.

Pekin ilk dəfə onluğa düşüb - 125.600 milyonçu ilə.

Dünyadakı ilk onluq belədir:

1. Nyu York

2. Körfəz rayonu, Kaliforniya

3. Tokio

4. Sinqapur

5. London

6. Los-Anceles

7. Paris və İle-de-Fransa

8. Sidney

9. Honq Konq

10. Pekin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
50
olke.az

10Mənbələr