AZ

"Avroviziya 2024" :Azərbaycan 12 xalını bu ölkəyə verdi - Canlı

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya" mahnı müsabiqəsinin finalı keçirilir.

Teleqraf.com xəbər verir ki, finala vəsiqə qazanan ölkələr İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliya, Latviya, Avstriya, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq öz musiqi nömrələrini təqdim ediblər.

Hazırda müsabiqədə səsvermənin nəticələri açıqlanır. Azərbaycan 12 xalını İsveçrəni təmsil edən Nemoya verib.

Qeyd edək ki, Niderland finala vəsiqə qazansa da yarımfinalda çıxışından sonra baş vermiş insidentə görə müsabiqədən uzaqlaşdırılıb.

Ölkəmizi yarışmada təmsil edən Fahree və İlkin Dövlətövfinala vəsiqə qazana bilməyiblər.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
343
21
teleqraf.com

10Mənbələr