AZ

Bakıda intihara cəhd edən şəxs belə xilas edildi

Bu gün gecə saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər vətəndaş Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində binanın damına çıxaraq intihara cəhd edib.

Publika.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Hadisəni görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1975-ci il təvəllüdlü İsayev Elsevər Fərid oğlu doqquzmərtəbəli binanın damına çıxaraq intihara cəhd edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
15
publika.az

10Mənbələr