AZ

"21:15" qatarı yola düşdü

May ayının 10-da Azərbaycan Dövlət YUĞ Teatrında Toyğun Orbayın “21:15 qatarı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası baş tutdu.

Ekzistensial oyun janrında nümayiş olunmuş səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov və Gülzar Qurbanova çıxış edib. Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev və rejissor assistenti Günel Səfərovadır. Premyerada əsərin müəllifi, türk dramaturq Toyğun Orbay və digər qonaqlar iştirak edib. “21:15 qatarı”nın növbəti premyerası 11 və 12 may tarixlərində olacaq.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
4
moderator.az

7Mənbələr