AZ

“Bu çempionluq bizim üçün xüsusidir” – “Real”ın prezidenti

“Real”ın prezidenti Florentino Peres komandasının La Liqa çempionluğu haqda danışıb.



Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bu uğurun komanda üçün xüsusi olduğunu deyib:



“Bu çempionluq bizim üçün xüsusidir. Bu, klubumuzun dəyərləri sayəsində qazanıldı. Söhbət zəhmət, hörmət, həmrəylik və ədalətli oyundan gedir. “Real” bütün dünyada tanınır. Zəngin tariximiz bizi yeni nailiyyətlərə sövq edir. Karlo Ançelottiyə üz tutmaq və ona təşəkkür etmək istərdim. O, futbol tarixinin ən böyük məşqçilərindən biridir”.



Madrid klubu iyunun 1-də Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Qarşılaşma “Uembli”də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərFlorentino Peres real

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
242
36
komanda.az

10Mənbələr