AZ

Həbsdə olan vəkil Sümbülə Əliyevadan hakimə etiraz

Bakıdakı 1 saylı Hüquq məsləhətxanasının sabiq müdiri, həbsdə olan vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Pərvanə Əliyeva ifadəsi zamanı onu işə Sümbülə Əliyevanın götürdüyün deyib: "15 il məktəbdə laborant işləmişəm. Atam Sümbülə xanımdan məni işə götürməsini xahiş etdi. Mənə verilən pulları kassaya yığırdım. Sonra da müqavilə jurnalına qeyd edirdik. Mən hər dəfə məxaric sənədlərini Sümbülə xanımdan istəyirdim. Hər dəfə də sənədləri vermirdi".

Sümbülə Əliyeva isə ona "Mənim işlərim olurdu, məsləhətxanada olurdum ki" deyə cavab verib. Hakim Mahmud Ağalarov Sümbülə Əliyevanın şahidə suallarına iradını bildirib.

Sümbülə Əliyeva hakimə müraciətlə "İşə baxmağınıza etiraz edirəm, belə işə baxmırlar", deyib.

Daha sonra iş üzrə digər şahidlər Taliyə Gəncəliyeva və Tofiq Aslanov ifadə verməyə dəvət edilib. Hakim hər iki şəxsin məhkəmədə bir dəfə dindirildiyini və həm istintaqda, həm də məhkəmədə verdikləri ifadələri təsdiq etdiklərini deyib.

Proses mayın 20-də davam etdiriləcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək ötən ay barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
6
sia.az

10Mənbələr