Bakupost.az “Report”a istinadən xəbər verir ki, Şəhidin nəşi Şahverdili kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, İmişli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Siyavuş Eldar oğlu İsmayılov 1967-ci il noyabrın 1-də İmişli rayonunun Şahverdili kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.