AZ

İŞİD-Xorasan Əfqanıstanın bir hissəsinə nəzarət etdiyini elan edə bilər

İŞİD-Xorasan (İŞİD-in Əfqanıstan qolu) ilk dəfədir ki, Əfqanıstanın kompakt ərazisinə nəzarət etdiyini elan edə bilər.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın sabiq vitse-prezidenti və daxili işlər naziri Əmrulla Salehin “Əfqanıstanın yaşıl trendi” partiyasının kəşfiyyat şöbəsi bəyanat yayıb.

Bildirilib ki, İŞİD-in Əfqanıstandakı filialı olan Xorasan Vilayəti ilk təmkinin (ərazi dairəsi) quruluşunu elan etməyə hazırlaşır. İndiyədək İŞİD Əfqanıstanda heç bir əraziyə rəsmən nəzarətini elan etməyib.

Partiyanın kəşfiyyat məlumatına görə, İŞİD-in Əfqanıstan qolu hazırda Künər vilayətinin şərqində stasionar düşərgələri fəaliyyət göstərir. Həmin düşərgələrin yerləşdiyi ərazinin təmkin elan edilməsi planlaşdırılır. Çox güman ki, birinci təmkin Künərin iki bölgəsini əhatə edəcək. Eyni zamanda, böyük ehtimalla Ömər Bilal kimi tanınan Muhabullah Muaz adıçəkilən regionda Xorasan Vilayətinin birinci təmkininin başçısı təyin olunacaq.

Künərin Sanqar kəndindən olan Muaz İŞİD-in Əfqanıstan filialının baş funksionerlərindən biri sayılır. Hazırda Muhabullah Muaz Künər vilayətində İŞİD-in böyük bir bölməsinə komandanlıq edir.

Partiyanın bəyanatında qeyd olunub ki, “İŞİD-in Əfqanıstan qolunun yaraqlıları düşüncə tərzi və terror fəaliyyətinin həyata keçirilməsi üsulları baxımından Taliban ilə çox oxşarlığa malikdir”:

“Taliban ilə Xorasan Vilayəti arasında yeganə fərq onların rəhbərliyi, təşkilatların adı və bayrağın rəngidir”.

Qeyd edək ki, “Əfqanıstanın yaşıl trendi”nə sədrlik edən Əmrulla Saleh ölkəsinin demokratik qüvvələrin öncüllərindən olub. O, “Taliban”ın ən əsas rəqiblərindən biri hesab olunur. Ona qarşı xeyli sayda sui-qəsd cəhdləri olub. Sonuncusu 2020-ci ilin sentyabrında baş verib. Hadisədən bir il sonra siyasətçi Tacikistana sığınıb.

Xatırladaq ki, daha əvvəl İŞİD-X Moskva vilayətində “Krokus Siti Holl”dakı terror aktına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
report.az

10Mənbələr