AZ

Əfsanə "Real Madrid"dən qovulur, türk futbolçuya isə...

"Real Madrid" xorvatiyalı yarımmüdafiəçi Luka Modriçə yeni müqavilə təklif etmək fikrindən imtina edib .

OXU24.COM  xəbər verir ki, bu barədə "Relevo" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu barədə yaxın vaxtlarda rəsmi məlumat veriləcək.

Məlumata görə, Modriç özü isə komandada qalmaq istəyir və hətta bunun üçün ciddi maaş kəsilməsinə də hazırdır.

Qeyd olunur ki, klub rəhbərliyi gənc futbolçulara - xüsusən də türk futbolçu Arda Gülərə arxalanmağı planlaşdırır.

Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. Bu müddət ərzində o, ispan klubunda 300-dən çox oyun keçirib. Madrid komandasının tərkibində yarımmüdafiəçi dörd dəfə İspaniya çempionu (2016/17, 2019/20, 2021/22, 2023/24), iki dəfə (2013/14, 2022/23) ölkə kubokunun, 5 dəfə Superkubokun (2012, 2017, 2019/20, 2021/22, 2023/24) qalibi olub.

Modriç 5 dəfə (2013/14, 2015/16, 2016/17, 2017/18, 2021/22) Çempionlar Liqasında komandasına qələbə qazandırıb.

2006-cı ildən Modriç Xorvatiya millisini beynəlxalq arenada təmsil edir. Onunla birlikdə komanda 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş mükafatçısı olub. 2022-ci il dünya çempionatında xorvatlar üçüncü yeri tutublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
309
1
oxu24.com

10Mənbələr