AZ

Yanvar-aprel aylarında Türkiyənin Çinə avtomobil sənayesi məhsulları ixracı artıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Çinə avtomobilsənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2faiz artaraq, 18,1 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Çinə 3 milyon dollar məbləğindəavtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprelayı ilə müqayisədə 46,7 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyəninavtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü iləmüqayisədə 5,1 faiz artaraq 11,9 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğindəavtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprelayı ilə müqayisədə 2,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024)Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesiməhsulları ixrac edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
287
26
az.trend.az

10Mənbələr