Bu gün Azərbaycan 1-ci liqasında 2023/24 mövsümünə yekun vurulacaq.
QOL.az xəbər verir ki, bununla da turnirdə mövsümün qalibi müəyyənləşə bilər.
Lider "Qaradağ Lökbatan" 2-ci yerdəki "Şamaxı"nı qəbul edəcək. Hazırda "Qaradağ Lökbatan"ın aktivində 53, "Şamaxı"nın aktivində isə 51 xal var. Ona görə də sözügedən görüş mövsümün qalibinə aydınlıq gətirə bilər. Əgər "Qaradağ Lökbatan" qalib gəlsə çempionluğu rəsmiləşdirəcək."Şamaxı" qalib gələcəyi halda, sona 1 tur qalmış liderliyi ələ alacaq və çempionluğa yaxınlaşacaq.
Günün digər matçında "Araz Saatlı" "İmişli" ilə üz-üzə gələcək.
16 may (cümə axşamı)
17:00. “Qaradağ Lökbatan” – “Şamaxı”
Lökbatan OİK stadionu
17:00. “Araz Saatlı” – “İmişli”
Saatlı OİK stadionu
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 25 | 15 | 8 | 2 | 42-16 | 53 |
2 | Şamaxı | 25 | 14 | 9 | 2 | 54-19 | 51 |
3 | İmişli | 25 | 13 | 8 | 4 | 36-17 | 47 |
4 | MOİK | 26 | 13 | 7 | 6 | 51-27 | 46 |
5 | Karvan | 26 | 12 | 5 | 9 | 32-31 | 41 |
6 | Zaqatala | 26 | 7 | 9 | 10 | 30-33 | 30 |
7 | İrəvan | 26 | 8 | 3 | 15 | 29-51 | 27 |
8 | Mingəçevir | 26 | 7 | 5 | 14 | 18-37 | 26 |
9 | Difai Ağsu | 26 | 5 | 7 | 14 | 32-42 | 22 |
10 | Araz Saatlı | 25 | 3 | 1 | 21 | 25-76 | 10 |
Bombardirlər:
Elmir Rəhimzadə (MOİK) - 16 qol
Elşad Tağıyev ("Şamaxı") - 15 qol
Xəlil Bəşirov ("Qaradağ Lökbatan") - 10 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 10 qol
Emin Zamanov ("Şamaxı") - 10 qol
Xəzər Mahmudov ("İmişli") - 9 qol