AZ

Kürdəmirdə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb – FOTO

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Samir İsmayılov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Doğru.az-a verilən məlumata görə, ondan satış məqsədilə qablaşdırılmış külli miqdarda metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-17158331665891614576_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
28
dogru.az

10Mənbələr