AZ

“Son zəng” və “Məzun günü”şagird və tələbələrə böyük məbləğdə vəsaitə başa gəlirARAŞDIRMA/VİDEO

Məktəblərdə “Son zəng” və “Məzun günü” yaxınlaşdıqca şagird və tələbələri maraqlandıran əsas məsələlərdən biri də onların xərcləridir.

Odur ki, “Xəzər Ertəsi”nin əməkdaşları məzunların geyim, salon, restoran, fotoqraf və digər məsələrlə bağlı xərclərini araşdırıb.

Xezerxeber.az-ın məlumatına görə, məzunlar deyirlər ki, bu özəl günü qeyd etmək üçün ümumi olaraq 300 manatadək vəsait lazımdır.

Məzun geyimlərinin həm kirayə, həm də satış qiymətlərini də öyrəndik.

Məzun olan qızlar həmin gün adətən gözəllik salonlarına üz tuturlar ki, burada da saç və makiyaj qiyməti bir nəfər üçün 50-60 manat nəzərdə tutulub.

Fotoqraf xidmətinin də qiymətləri müxtəlifdir.

Qeyd edək ki, xüsusi “Son zəng” geyimlərinin tikilməsi bir məktəbliyə 30-45 manata başa gəlir. Ali təhsil müəssisələri məzunlarının isə ziyafət geyimlərinin satış qiymətləri 80-150, kirayəsi 35-65 manat aralığındadır. Məzun yığıncaqlarının təşkil edildiyi restoranlarda menyuların qiyməti isə bir nəfər üçün 20-50 manat aralığında dəyişir.

Beləliklə, bir şagirdin “Son zəng” xərci orta hesabla 250-300, bir tələbənin “Məzun günü” xərci isə 400-550 manat təşkil edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
268
21
xezerxeber.az

10Mənbələr