AZ

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazırgeyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,8faiz azalaraq, 33,6 milyon dollara çatıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Gürcüstana 7,3 milyon dollarməbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilinaprel ayı ilə müqayisədə 31,1 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyəninhazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə13,8 faiz azalaraq, 5,8 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,2 milyon dollar məbləğində hazırgeyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı iləmüqayisədə 17,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 -aprel 2024)Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixracedib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
234
8
az.trend.az

10Mənbələr