AZ

Rüfət Quliyev Lənkəran şəhəri deputat ofisində seçicilərlə görüş keçirib

Bu gün Milli Məclisin deputatı Rüfət Quliyev Lənkəran şəhəri deputat ofisində seçicilərlə görüş keçirib.

Heftelik.az-ın məlumatına görə, görüşdə qazilər, veteranlar, müxtəlif yaş və fəaliyyət qruplarından olan seçicilər iştirak edib.

Rüfət Quliyev çıxışı zamanı dövlətimizin sosial siyasətindən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan, icra edilən sosial layihələrin geniş miqyas almasından bəhs edib. Prezident İlham Əliyevin apardığı uğurlu sosial siyasət nəticəsində vətəndaşların həyat səviyyəsinin günü-gündən yüksəldiyini qeyd edib.

Görüş zamanı sakinləri narahat edən problemlər dinlənilib. Hər bir seçicinin toxunduğu məsələlər ətrafında müzakirə aparılıb. Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Ən müxtəlif mövzular üzrə müraciət edən seçicilərin qayğıları ilə maraqlanan Rüfət Quliyev əlaqədar dövlət orqanlarının rəhbərləri və səlahiyyətli şəxslərlə telefonla danışıb. Deputat sakinlərin iş, hüquqi məsləhət, sosial məsələlərlə və digər sahələrlə bağlı qaldırdığı bir sıra məsələləri diqqətlə dinləyib və qeydiyyata aldırıb.

Müraciətlərdən bir neçəsi yerindəcə həllini tapıb qalan müraciətlərin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilib.

Seçicilər səmimi qəbula görə Milli Məclisin deputatı Rüfət Quliyevə minnətdarlıqlarını bildirib və müraciətlərinin qısa zamanda öz həllini tapacağına əminliklərini ifadə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
1
heftelik.az

2Mənbələr