AZ

“Kənar qüvvə” məsələsi Fransa ordusunun etirazçılara qarşı zorakılığını legtimləşdirməkdir.

Yeni Kalenodiyada yerli əhalinin – kanakların Fransa müstəmləkəsinə qarşı başlayan mübarizəsi və adada küçə müharibəsinə bənzər hadisələrin yaşanması Makron hakimiyyətinin “islahlatlarının” nəticəsidir.

1998-ci ildə kanaklarla Fransa hökuməti arasında Numea sazişi imzalanıb. Sazişə görə, regional parlament seçkilərində bu sənəd imzalanana qədər adada yaşamış insanlar və onların nəsilləri səsvermə hüququna malikdirlər. Bu, kanaklar üçün vacib məsələdir, çünki fransızların adaya axını demoqrafik vəziyyəti onların əleyhinə dəyişdirir və buna görə ən azı yerli idarəetmədə üstünlüklərini saxlamaq istəyirlər.

Makron Numea sazişindən imtina etdi və adada 10 il yaşayan hər kəsə yerli parlament seçkilərində səsvermə hüququ verən qanun layihəsi irəli sürdü. Bu, adaya köçmüş fransızlara səsvermə hüququnun verilməsi deməkdir. Mayın 14-də Fransa parlamenti qanun layihəsini təsdiq etdi, ardınca adada küçə döyüşləri ilə nəticələnən etirazlar başlandı.

Makronun bu gedişinin iki mümkün səbəbi var:

Birincisi, Yeni Kaledoniyada müstəqillik mübarizəsini seçki yolu ilə boğmaq, adaya yerləşən fransızların üstünlüyünü təmin etməkdir.

İkincisi, birbaşa Fransa daxili siyasətində mövqelərini güclədirməkdir.

Fransa daxili siyasətində Marin Le Pen başda olmaqla sağçıların mövqeləri güclənir. Gözləntilərə görə iyunun 9-da keçiriləcək Avropa Parlamenti seçkilərində ifrat sağçılar qələbə qazana bilər. Ki, bu mümkün qələbə 2026 və 2027-ci illərdə Fransadakı bələdiyyə, daha sonra prezident seçkilərində onların üstünlük əldə etməsini təmin edə bilər. Qərb mediası yazır ki, Fransada Makronun siyasətindən bezən orta və aşağı sinif də qarşıdakı seçkilərdə Le Peni dəstəkləyəcək. Makronun Yeni Kaledoniya ilə bağlı “islahatı” bu vəziyyətə təsir etmək məqsədi daşıyır. Çünki adada fransızların yerli əhali ilə bərabər hüquqlara malik olmasını sağçılar tələb edir. Makron da bu tələbi yerinə yetirməklə Le Penə gedə biləcək səslərin qarşısını almaq istəyir. Lakin adada baş verənlər yanlış addım atdıqlarını ortaya çıxardı: Fransada sağçılar yaşananlara görə Makron Administrasiyasını ittiham edir, həmçinin, etirazçılara qarşı ordunun yeridilməsi beynəlxalq rəyi də Parisin əleyhinə dəyişə bilər.

Fransa hökumətinin Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanı ittiham etməsi yaranmış vəziyyətdən “çıxış yolu” tapmaq gedişidir. Paris bununla diqqəti “kənar qüvvəyə” yönəltmək, baş verənlərin yanlış addımdan yox, Fransanın daxili işinə kənar müdaxilədən qaynaqlandığını göstərmək istəyir. “Kənar qüvvə” məsələsinin hədəflərindən biri də Fransa ordusunun etirazçılara qarşı zorakılığını legtimləşdirməkdir.

Asif Nərimanlı

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
271
50
visiontv.az

10Mənbələr