AZ

Messinin imzaladığı salfet 965 min dollara satılıb

Yazını böyüt
Yazını kiçilt

Argentinalı ulduz Lionel Messinin İspaniyanın “Barselona” klubu ilə ilk müqaviləsini imzaladığı salfet hərracda 965 min dollar satılıb.

Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Bonhams Hərrac Evi məlumat yayıb.

Messi "Barselona" ilə ilk müqaviləsini 2000-ci il dekabrın 14-də 13 yaşında imzalayıb. 36 yaşı futbolçu 2003-2021-ci illərdə isə katalonların əsas komandasında çıxış edib.

O, “Barsa”nın heyətində 10 dəfə İspaniya çempionu olub, 8 dəfə ölkə Superkubokunu, 7 dəfə İspaniya kubokunu, 4 dəfə Çempionlar Liqasını, hər biri 3 dəfə olmaqla UEFA Superkubokunu və Klublararası dünya çempionatını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
5
hafta.az

10Mənbələr