AZ

Xavini o əvəzləyə bilər: ilk namizəd bəllidir

“Barselona”nın baş məşqçisi Xavi klub prezidenti Xuan Laporta ilə yaşadığı qalmaqaldan sonra istefaya göndəriləcəyi təqdirdə onun postuna əsas namizədin adı məlum olub.

Publika.az xəbər verir ki, söhbət meksikalı futbol mütəxəssisi Rafael Markesdən gedir. Bu barədə “Sport.es” məlumat yayıb.

Həmçinin 45 yaşlı çalışdırıcının şanslarının yüksək olması ilə bağlı məlumatı tanınmış insayder Fabrizio Romano da təsdiqləyir.

Rafa Markes 2022-ci ilin yayından “Barselona B”nin baş məşqçisi vəzifəsində çalışır. Komandanın başında o, 76 oyun keçirib və hər matçda orta hesabla 1,72 xal toplayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
1
publika.az

10Mənbələr