AZ

İlham Əliyevin inanılmaz planı: 8 il öncə Ordumuz üçün "dəhliz"...

Bu gün Araz çayı üzərində inşa edilən "Qız Qalası" və "Xudafərin" su qovşağı və SES-in açılış mərasimi keçiriləcək. Mərasimdə İlham Əliyevlə Rəisi də iştirak edəcəklər.

 

Sfera.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

 

Bu bəndlərin inşa edilməsi Azərbaycanın yaxın tarixinin bəlkə də çox az bilinən səhifəsidir. Araz çayı üzərində belə bir layihənin həyata keçirilməsi sazişi 1989-cu ildə imzalansa da, I Qarabağ müharibəsi və torpaqlarımızın işğalı razılaşmanın praktiki müstəvidə icrasına imkan vermədi. Bakı və Tehran layihənin icrası və inşa ediləcək bəndlərdən - enerji və su resurslarından birgə istifadə ilə bağlı sazişi 2016-cı ildə təsdiq etdilər. Həmin vaxt Qarabağ hələ də işğal altında idi və bunun fonunda Bakının belə bir addımı niyə atması suallar yaradırdı. Belə görünürdü ki, Azərbaycan işğal altındakı ərazilərə əli çatmasa da, belə bir sazişlə ən azı diplomatik müstəvidə o torpaqların özünə məxsus olduğunu nümayiş etdirir. Hərçənd bu addım Azərbaycan daxilində hakimiyyətə qarşı ciddi ittiham mövzusuna da çevrilmişdi.

 

Razılaşmadan ən çox sevinən isə İran və ermənilər idi. Tehran işğal altında olan Arazboyu əraziləri əkin sahəsi kimi istifadə edir və düşünürdü ki, su qovşağı və SES-in inşası başa çatandan sonra işi bir qədər də asanlaşacaq, "müftə məhsul" artacaq. Və bunu Azərbaycanla birlikdə həyata keçirməsini də əlavə qazanc olaraq görürdü. Ermənilər də İranın əkin sahələrindən öz payını alır, layihəyə də "yatırım" olaraq baxırdılar.

 

Məsələni anlamaq asan deyildi: praktiki olaraq heç nə qazanmadığımız, əksinə, ermənilərin qazanc götürdüyü bu addım niyə atılmışdı? Hər şey təkcə diplomatik müstəvidə "bu ərazilərimiz bizimdir" demək üçün idimi?

 

İlham Əliyevin hansı gedişi etdiyi, əslində nəyi planlaşdırdığı 2020-ci ildə Vətən müharibəsi zamanı ortaya çıxdı.

 

44 günlük müharibənin gedişində Azərbaycan Ordusunun digər ərazilərlə müqayisədə daha rahat və sürətli hərəkət etdiyi bölgə Arazboyu ərazilər idi. Hətta ermənilər Zəngilanın cəmi 4 "Pikap"la azad edildiyi iddiasını da irəli sürürdü. Bu, şişirdilmiş görünürdü, hərçənd, Ordunun bu istiqamətdə daha sürətli irəliləməsi realdır və əməliyyat taktikasına görə mühasirənin yaradılması - Laçın dəhlizinə çıxış da bu istiqamətdən həyata keçirilib (həmin dövrün məlumatlarına əsasən belə demək mümkündür). Bunun səbəblərindən biri Arazboyu ərazilərin minalardan təmizlənmiş olması, yaxud digər ərazilərlə müqayisədə daha az minalanmış olması idi. Hələ işğal dövründə məlumatlar vardı ki, Azərbaycanla Araz çayı üzərində bəndlərin inşa edilməsinə razılaşan İran separatçılardan əkin sahəsi kimi istifadə etdiyi çay boyu ərazilərin minalardan təmizlənməsini tələb edib və işğal olunmuş ərazilərin 10 kilometrlərlə dərinliyinə qədər "təhlükəsiz zona" yaradılıb. Bu proses məhz "Qız Qalası" və "Xüdafərin" bəndlərinin inşasına başlanmasından - 2016-cı ildə razılaşmadan sonra sürətləndirilib.

 

44 günlük müharibədə bəlli oldu ki, Azərbaycan 2016-cı ildə bu razılaşma ilə həm də mümkün hərbi əməliyyatlarda Ordunun hərəkəti üçün "təhlükəsiz dəhliz" yaradırmış. Hesablama dəqiqliyi ilə baş tutdu.

 

2016-cı ildə isə İlham Əliyevin niyə bu addımı atdığını təkcə Azərbaycanda yox, elə İranda da, Ermənistanda da anlamırdılar.

 

Və bu gün İlham Əliyev azad edilmiş ərazilərdə 8 il öncə "təməlini atdığı" bəndlərin açılışını özü edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
22
sfera.az

10Mənbələr