AZ

Sunak qanköçürmə hadisəsinə görə ingilislərdən üzr istəyib

Böyük Britaniyanın baş naziri Rişi Sunak 1970-ci illərdə baş verən qanköçürmə qalmaqalına görə Britaniya xalqından üzr istəyib.

Onun sözlərini Britaniya hökumətinin mətbuat xidməti sitat gətirir.

Qeyd olunur ki, Britaniya hakimiyyət orqanları 1970-ci illərdə qanköçürmə nəticəsində minlərlə xəstənin HİV və hepatitə yoluxması ilə bağlı 5 illik araşdırmanın nəticələrini əks etdirən hesabat dərc ediblər. Hesabatın müəllifləri hesab edirlər ki, Britaniya hakimiyyəti faciənin miqyasını gizlədib. Məlum olub ki, 1970-1990-cı illər arasında 30 min insan hepatit C və ya HİV-ə yoluxub.

Mənbə: BBC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
2
dogru.az

10Mənbələr