AZ

Gəncədə gənclər liseydə dava saldılar: Direktor polis çağırdı 

Gəncə şəhərində 1995-ci il təvəllüdlü Eşqin Məmmədov və 2002-ci il təvəllüdlü Elvin İsmayılov xuliqanlıq etməkdə təqsirli biliniblər.

Referans.az xəbər verir ki hadisə bu il oktyabrın 20-də baş verib. Eşqin və Elvin xuliqanlıq hərəkətləri ediblər. Onlar peşə liseyinin direktoru Azər Rüstəmovla mübahisə ediblər, direktorun ünvanına ucadan nalayiq ifadələr işlədiblər.

Həmçinin hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıblar, polisə müqavimət göstəriblər.

Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə inzibati qaydada ittiham verilib.

Barəsində inzibati qaydada iş qaldırılan Eşqin bildirib ki, əvvəllər oğurluq etdiyinə görə məhkum olunub: “Elvin mənim iş yoldaşımdır, onu 9 ay olar tanıyıram. Oktyabrın 20-də“Vüsal” şadlıq sarayında işimizi gördük. Oradan çıxdıqdan sonra Elvinlə spirtli içki içdik. Evə gedəndə marketdən siqaret, həmçinin yenə spirtli içki aldıq”.

Eşqin qeyd edib ki, daha sonra Elvin ona tualetə getmək istədiyini bildirib və onlar avtomobillə peşə liseyinin həyətinə daxil olublar: “Məktəb rəhbərliyi tərəfindən liseyin inzibati ərazisindən kənarlaşdırılmağımıza baxmayaraq, təkrar liseyin ərazisinə daxil olduq.

Gecə saatlarında dostumla maşının üstündə sadəcə spirtli içki qəbul etmişdik. Mən nalayiq ifadələr işlətmədim, ictimai qaydanı pozmadım və polisə tabesizlik göstərmədim. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edirəm”.

Elvin isə ittiham üzrə özünü təqsirli bilib: “Oktyabrın 20-də iş yoldaşım Eşqinlə işdən çıxıb şəhərə getdik. Mağazadan siqaret aldıq, spirtli içki qəbul etdik. Eşqinə tualetə getmək istədiyimi bildirdim və peşə liseyinin inzibati ərazisinə daxil olduq. Liseyin direktoru Azər Rüstəmov irad bildirdi və bizi ərazidən kənarlaşdırdı.

Biz yenidən liseyin inzibati ərazisinə daxil olduq, ucadan nalayiq ifadələr işlətdik. Bu zaman polis əməkdaşları yaxınlaşaraq bizi nizam-intizama dəvət etdilər. Polisin qanuni tələblərinə əməl etmədik. Hazırda əməlimdən peşmanam”.

Gəncə şəhər Məhkəməsinin qərarı ilə Eşqin 12 gün, Elvin isə 8 gün müddətinə inzibati qaydada həbs olunub.(musavat)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
426
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43937
Abdullahianın cəsədi tapıldı - FOTO
31820
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
25695
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24737
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20097
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17574
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15146
Helikopterin qalıqları tapılıb
11742
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11710
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8124
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7694
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6961
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6901
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5908
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5329
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4618
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4460
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3962